Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək Matçlardan biri İngiltərədə, digəri Fransada baş tutacaq.
Futbol
26 Aprel , 2018 08:00
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

"Report"un məlumatına görə, matçlardan biri İngiltərədə, digəri Fransada baş tutacaq.

Londonda meydan sahibi "Arsenal” ilə İspaniya "Atletiko”su arasındakı görüşü yarışın favoritlərinin dueli də adlandırmaq olar.

Hərçənd, meydan sahibləri Arsen Vengerin komandaya rəhbərlik etdiyi 1996-cı ildən bəri avrokuboklarda titul qazana bilməyiblər. Londonlular 18 il öncə UEFA Kuboku adlanan turnirdə zəfərə çox yaxın olsalar da, finalda Türkiyə təmsilçisi "Qalatasaray"a penaltilər seriyasında uduzublar. Əvəzində cari mövsümdə Çempionlar Liqasında "Qarabağ”la eyni qrupda yer alan "Atletiko” 2010 və 2012-ci illərdə Avropa Liqasının qalibi olub.

Günün digər qarşılaşması Fransada "Marsel” ilə Avstriya təmsilçisi "Zalsburq” arasında baş tutacaq. Meydan sahibləri daha əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə finalda uduzublar. Qonaqlar isə 1994-cü ildə oxşar aqibəti yaşayıblar.

Avropa Liqası, yarımfinal, ilk oyunlar

26 aprel

23:05. "Arsenal” (İngiltərə) – "Atletiko” (İspaniya)

Baş hakim: Kleman Türpen (Fransa)

23:05. "Marsel” (İngiltərə) – "Zalsburq” (Avstriya)

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

Son xəbərlər

Orphus sistemi