Avropa Liqasında I təsnifat mərhələsinin cütləri bəlli oldu

Avropa Liqasında I təsnifat mərhələsinin cütləri bəlli oldu UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Futbol
10 Avqust , 2020 17:16
Avropa Liqasında I təsnifat mərhələsinin cütləri bəlli oldu

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmadan sonra 47 cüt müəyyənləşib. 

Azərbaycan təmsilçilərindən "Neftçi" Şimali Makedoniyanın "Şkupi", "Sumqayıt" isə eyni ölkənin "Şkendiya" komandası ilə üz-üzə gələcək. 

"Keşlə" isə Albaniya "Laçi"sinin müqavimətini qırmağa çalışacaq. Hər üç komanda rəqiblərini doğma meydanda qəbul edəcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq. I təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək. 

Avropa Liqası
I təsnifat mərhələsi

"Maribor" (Sloveniya) - “Kolreyn” (Şimali İrlandiya)/“La Fiorita” (San-Marino) cütünün qalibi
“Riterlay” (Litva) - “Derri” (İrlandiya) 
“Zrinski” (Bosniya və Herseqovina) - “Differdanj” (Lüksemburq) 
“Rusenborq” (Norveç) - “Breydablik” (İslandiya) 
“Hammarbü” (İsveç) - “Puşkaş Akademi” (Macarıstan)
“Ventspils” (Latviya) - “Dinamo-Avto” (Moldova)
“Orxus” (Danimarka) - “Honka” (Finlandiya) 
TNS (Uels) - "Jilina" (Slovakiya)
“Neftçi” (Azərbaycan) - “Şkupi” (Şimali Makedoniya)
“Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya)
“Apollon” (Kipr) - “Saburtalo” (Gürcüstan) 
“Partizan” (Serbiya) - RFS (Latviya)
"Styaua" (Rumıniya) - "Şirak" (Ermənistan)
"Olimpiya" (Sloveniya) - “Vikinqur” (İslandiya)
“Jalgiris” (Vilnüs, Litva) - “Payde” (Estoniya)
“Valletta” (Malta) - “Bala Taun” (Uels) 
"Aberdin" (Şotlandiya) - “Runavik” (Farer adaları)/“Barri Taun” (Uels) cütünün qalibi
“Malmö” (İsveç) - “Krakoviya” (Polşa)
“Şaxtyor” (Belarus) - “Sfantul” (Moldova) 
“Şemrok Rovers” (İrlandiya) - “İlves” (Finlandiya) 
“Vaduts” (Lixtenşteyn) - “Hibernians” (Malta) 
“Keşlə” (Azərbaycan) - "Laçi" (Albaniya)
"Bodo Qlimt" (Norveç) - Jalgiris” (Kauno, Litva)
“Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina)
"Lex" (Polşa) - “Valmiera” (Latviya)
“Proqress” (Lüksemburq) - “Enqordan” (Andorra)/“Zeta” (Monteneqro) cütünün qalibi
“Cent Cozefs” (Cəbəllütariq)/B-36 (Farer adaları) cütünün qalibi - “Levadiya” (Estoniya)
“Honved” (Macarıstan) - “İnter” (Finlandiya) 
“Linkoln” (Cəbəllütariq)/“Priştina” (Kosovo) cütünün qalibi - “Union” (Lüksemburq) 
“Motervell” (Şotlandiya) - “Qlentoran” (Şimali İrlandiya)/“Torshavn” (Farer adaları) cütünün qalibi 
"Kukesi" (Albaniya) - "Slaviya" (Bolqarıstan)
“Dinamo” (Minsk, Belarus) - "Pyast" (Polşa)
“Hafnarfyordur” (İslandiya) - "Dunayska" (Slovakiya)
“Servett” (İsveçrə) - "Rujomberok" (Slovakiya)
"Hapoel" (Beer-Şeva, İsrail) - “Dinamo” (Batumi, Gürcüstan) 
“Fehervar” (Macarıstan) - “Bohemians” (İrlandiya)
"Alaşkert" (Ermənistan) - “Renova” (Şimali Makedoniya)
“Ordabası” (Qazaxıstan) - "Botoşani" (Rumıniya)
MOİK (Bolqarıstan) - “Sirens” (Malta) 
“Petrokub” (Moldova) - “Topola” (Serbiya) 
“Teuta” (Şimali Makedoniya) - "Beytar" (İsrail)
“Sumqayıt” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina) - "Sutyeska" (Monteneqro)
“Kayrat” (Qazaxıstan) - "Noa" (Ermənistan)
“Santa Koloma” (Andorra)/“İskra” (Monteneqro) cütünün qalibi - “Lokomotiv” (Plovdiv, Bolqarıstan)
“Lokomotivi” (Gürcüstan) - “Universitatya” (Rumıniya)
“Tre Penne” (San-Marino)/“Qjilani” (Kosovo) cütünün qalibi - APOEL (Kipr)

Son xəbərlər

Orphus sistemi