Avropa Liqasında həftənin rəmzi komandası bilindi

Avropa Liqasında həftənin rəmzi komandası bilindi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin rəmzi komandası açıqlanıb
Futbol
19 Mart , 2021 14:54
Avropa Liqasında həftənin rəmzi komandası bilindi

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

"Report"un məlumatına görə, "11-liy"ə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan və İspaniya "Vilyarreal"ından hərəyə 3 futbolçu düşüb.

Qapıçı: Dominik Livakoviç ("Dinamo" Zaqreb, Xorvatiya)

Müdafiəçilər: Lisandro Martines ("Ayaks", Niderland), Sokratis Papastatopulos ("Olimpiakos", Yunanıstan), Yan Borjil ("Slaviya" Praqa, Çexiya), Kevin Teofil-Katrin ("Dinamo" Zaqreb, Xorvatiya)

Yarımmüdafiəçilər: Mislav Orşiç ("Dinamo" Zaqreb, Xorvatiya), Dani Parexo ("Vilyarreal", İspaniya), Pol Poqba ("Mançester Yunayted", İngiltərə), Alfonso Pedrasa ("Vilyarreal", İspaniya)

Hücumçular: Borxa Mayoral ("Roma", İtaliya), Jerar Moreno ("Vilyarreal", İspaniya).

Son xəbərlər

Orphus sistemi