Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bilindi

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bilindi UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Futbol
6 Noyabr , 2020 08:30
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bilindi

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, siyahıda Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, Çexiya "Sparta"sından Lukaş Yuliş və Fransanın "Lill" komandasından Yusuf Yazıcı yer alıb.

Jivkoviç Niderland PSV-si ilə matçda (4:1) 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Beyli İsraildə Beer-Şeva "Hapoel"i ilə görüşdə (4:2) dubl edib. Yuliş Şotlandiyada "Seltik"ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda, Yazıçı isə İtaliyada "Milan"ı 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada het-trik müəllifi olub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi