Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bəlli oldu

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bəlli oldu UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Futbol
11 Dekabr , 2020 09:00
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bəlli oldu

UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, bu ada Almaniya “Hoffenhaym”ında çıxış edən Maksimilian Bayer, Almaniyanın "Bayer" (Leverkuzen) komandasından Leyon Bayli, Rusiyanın "MOIK" (Moskva) klubundan Ali Soye və İngiltərə "Tottenhem"indən Covani Lo Celso iddia edir.

18 yaşlı Bayer Belçika "Gent"ini 4:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Soye evdə İtaliya "Roma"sını 3:1 hesabı ilə üstələdikləri görüşdə, Bayli isə Çexiya "Slaviya"sına 4:0 qalib gəldikləri oyunda eyni sayda qol vurub.

Lo Celso Londonda Belçika “Antverpen”ini 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada fərqlənib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi