Avropa Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
"Report"un məlumatına görə, bu ada Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan Mislav Orşiç, İspaniya "Vilyarreal"ından Jerar Moreno, İtaliya "Roma"sından Borxa Mayoral və Niderland "Ayaks"ından David Neres iddia edir.
Orşiç İngiltərə "Tottenhem"inə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moreno Ukranyanın "Dinamo" (Kiyev) klubunu 2:0 üstələdikləri matçda dublla yadda qalıb.
Moyaral Ukraynada Donetsk "Şaxtyor"unu 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada hər iki qolun müəllifi olub. Neres isə İsveçrədə "Yanq Boyz"u 2:1 hesabı ilə yendikləri oyunda fərqlənib.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı