Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb
Futbol
26 Fevral , 2021 18:42
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

"Report"un məlumatına görə, bu ada İngiltərənin "Arsenal" klubunun hücumçusu Pyer-Emerik Obameyanq layiq görülüb.

Qabonlu hücumçu Portuqaliya "Benfika"sına 3:2 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

32 yaşlı forvard UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə İngiltərə "Tottenhem"indən Dele Alli, Şotlandiya "Reyncers"indən Alfredo Morelos və Norveç "Molde"sindən Andreas Lindeni qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi