Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb Namizədlər arasında "Astana"nın oyunçusu da var
Futbol
8 Dekabr , 2017 10:45
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VI turun oyunçusu seçilməyə 8 oyunçu iddialıdır.

Seçim Branislav İvanoviç (“Zenit”, Rusiya), Manuel Fernandeş (“Lokomotiv”, Rusiya), Marin Aniçiç (“Astana”, Qazaxıstan), Junior Moraeş (“Dinamo” Kiyev, Ukrayna), Oqnen Vranyeş (AEK, Yunanıstan), Arits Adurits (“Atletik”, İspaniya), Cek Uilşir (“Arsenal”, İngiltərə) və Harlem-Eddi Nyoer (“Styaua”, Rumıniya) arasında aparılacaq.

Qeyd edək ki, azarkeşlər arasındakı səsvermə dekabrın 9-da yekunlaşacaq. 

Son xəbərlər

Orphus sistemi