Avropa Liqasında daha bir oyunun yeri dəyişdirildi

Avropa Liqasında daha bir oyunun yeri dəyişdirildi İspaniyanın "Real Sosyedad" və İngiltərənin "Mançester Yunayted" klubları arasında UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu İtaliyada keçiriləcək
Futbol
9 Fevral , 2021 16:11
Avropa Liqasında daha bir oyunun yeri dəyişdirildi

İspaniyanın "Real Sosyedad" və İngiltərənin "Mançester Yunayted" klubları arasında UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu İtaliyada keçiriləcək.

"Report" "El Diario" nəşrinə istinadən xəbər verir ki, fevralın 18-də oynanılmalı olan qarşılaşma Turindəki "Yuventus" stadionunda baş tutacaq.

İddiaya görə, İspaniya hökuməti İngiltərədə ortaya çıxan koronavirusun yeni növünün yayılma riskini nəzərə alaraq, "qırmızı şeytanlar"ın ölkəyə girişinə icazə verməyəcək.

Cavab matçının da neytral meydanda gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Avropa Liqasında 1/16 final mərhələsinin "Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya) matçının, həmçinin Çempionlar Liqasında 1/8 final mərhələsinin "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə), "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya) və "Borussiya" (Münhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) oyunlarının yeri dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi