Avropa Liqasında 1/16 final mərhələsi: "İnter" səfərdə qalib gəldi

Avropa Liqasında 1/16 final mərhələsi: "İnter" səfərdə qalib gəldi UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
Futbol
347
21 Fevral , 2020 02:38
Avropa Liqasında 1/16 final mərhələsi: İnter səfərdə qalib gəldi

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

"Report"un məlumatına görə, "Vulverhempton" İngiltərədə İspaniya "Espanyol"unu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşehir" Portuqaliyada "Sportinq"in qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

İngiltərə klublarından "Arsenal" Yunanıstanda "Olimpiakos"a qalib gəlib - 1:0. "Mançester Yunayted" Belçikada "Brügge" ilə heç-heçə edib - 1:1. İtaliya "İnter"i isə səfərdə Bolqarıstanın "Lüdoqorets" komandasından 2:0 hesabı ilə üstün olub. 

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya) - 2:1

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zaltsburq" (Avstriya) - 4:1

"Lüdoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya) - 0:2

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə) - 1:1

ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya) - 1:1

"Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya) - 1:1 

"Xetafe" (İspaniya) - "Ayaks" (Niderland) - 2:0

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:2

"Roma" (İtaliya) - "Gent" (Belçika) - 1:0

"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç) - 2:1

"Alkmaar" (Hollandiya) - LASK (Avstriya) - 1:1 

APOEL (Kipr) - "Bazel" (İsveçrə) - 0:3

"Bayer" (Leverkuzen, Almaniya) - "Porto" (Portuqaliya) - 2:1

Qeyd edək ki, cavab görüşləri fevralın 27-də olacaq. 

Son xəbərlər

Orphus sistemi