Avropa Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi məlum oldu

Avropa Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi məlum oldu "Qarabağ" klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Futbol
25 Sentyabr , 2020 00:20
Avropa Liqası: Qarabağın pley-off mərhələsindəki rəqibi məlum oldu

"Qarabağ" klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. 

"Report"un məlumatına görə, bu, Polşa "Legiya"sıdır. Varşava təmsilçisi III təsnifat mərhələsində Kosovo "Drita"sını üstələyib - 2:0. Hər iki qol ilk yarıda vurulub. Pavel Vşolek 24-cü, Tomaş Pekhart isə 43-cü dəqiqədə fərqlənib. "Voyska Polskoqo" stadionunda təşkil olunmuş qarşılaşmanı türkiyəli referi Halis Özkahya idarə edib. 

"Legiya" - "Qarabağ" görüşü də elə bu arenada keçiriləcək. Avropa Liqasında pley-off mərhələsi də bir oyundan ibarət olacaq. Bu səbəbdən, oktyabrın 1-də təşkil olunacaq qarşılaşmanın qalibi qrup mərhələsinə yüksələcək. 

Son xəbərlər

Orphus sistemi