Avropa Liqası: 1/4 finalçılar müəyyənləşib, "Qalatasaray" mübarizəni dayandırıb

Avropa Liqası: 1/4 finalçılar müəyyənləşib, "Qalatasaray" mübarizəni dayandırıb UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Futbol
18 Mart , 2022 02:32
Avropa Liqası: 1/4 finalçılar müəyyənləşib, Qalatasaray mübarizəni dayandırıb

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"Report"un məlumatına görə, son olaraq, Fransanın "Lion", İngiltərənin "Vest Hem" və Almaniyanın "Ayntraxt" klubları növbəti mərhələyə adlayıblar.

Avropa Liqası, 1/8 final mərhələsi

Cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Markao, 28 - Pedri, 37. Pyer-Emerik Obameyanq, 50

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya) - 0:1

Qol: Jeremi Boqa, 90+1

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya) - 1:1

Qollar: Aksel Disasi, 90 - Abel Ruis, 20

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya) - 2:1

Qollar: Mirko İvaniç, 10. El-Fardu ben Nabuan, 90+3 (pen) - Rayan Kent, 56

İlk oyun - 0:3.

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya) 2:0 (ƏLAVƏ VAXTDA - 1:0)

Qollar: Tomaş Souçek, 39. Andrey Yarmolenka, 112

İlk oyun - 0:1.

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya) - 1:1 (ƏLAVƏ VAXTDA - 1:0)

Qollar: Martin Hinterreger, 120+1 - Borxa İqlesias, 90

İlk oyun - 2:1.

00:00. Lion (Fransa) - "Portu" (Portuqaliya) - 1:1

Qollar: Mussa Dembele, 13 - Pepe, 27

İlk oyun - 1:0.

23:40

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

"Report"un məlumatına görə, bu günə nəzərdə tutulan 7 görüşdən 4-ü başa çatıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu meydan sahibləri vurublar. 28-ci dəqiqədə Markao künc zərbəsindən sonra başla topu qapıdan keçirib. 37-ci dəqiqədə Pedri "Cim-Bom"un 3 müdafiəçisini aldadaraq, hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik Obameyanq qoyub. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmadığından, bu nəticə "Barselona"nı 1/4 finala daşıyıb.

Kataloniya təmsilçisi ilə yanaşı, İtaliyanın "Atalanta", Portuqaliyanın "Braqa" və Şotlandiyanın "Reyncers" klubları da mərhələ adlayıblar.

1/8 finalın digər üç cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası, 1/8 final mərhələsi

Cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Markao, 28 - Pedri, 37. Pyer-Emerik Obameyanq, 50

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya) - 0:1

Qol: Jeremi Boqa, 90+1

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya) - 1:1

Qollar: Aksel Disasi, 90 - Abel Ruis, 20

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya) - 2:1

Qollar: Mirko İvaniç, 10. El-Fardu ben Nabuan, 90+3 (pen) - Rayan Kent, 56

İlk oyun - 0:3.

Qeyd edək ki, Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi