Avropa Liqası: Növbəti mərhələyə yüksələn sonuncu komanda bilindi

Avropa Liqası: Növbəti mərhələyə yüksələn sonuncu komanda bilindi UEFA Avropa Liqasında III təsnifat mərhələsinə sonuncu vəsiqənin sahibi bəlli olub.
Futbol
18 Sentyabr , 2020 12:25
Avropa Liqası: Növbəti mərhələyə yüksələn sonuncu komanda bilindi

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə sonuncu vəsiqənin sahibi bəlli olub. 

"Report" xəbər verir ki, ötən gündən təxirə salınmış Latviyanın "Riqa" və San-Marinonun "Tre Fiori" komandaları arasındakı matçda meydan sahibləri minimal hesabla qalib gələrək mərhələ adlayıb. "Riqa"nın yeganə qolunu 57-ci dəqiqədə Pedrinyo vurub.

Bununla Latviya təmsilçisi III təsnifat mərhələsində “Seltik”ə (Şotlandiya) rəqib olub. Həmin görüş sentyabrın 24-də Riqada keçiriləcək.

Qeyd edək ki, “Riqa” - “Tre Fiori” oyunu güclü külək səbəbindən 8-ci dəqiqədə dayandırılıb. İlk olaraq işıqlar sönüb, daha sonra isə projektor qırılıb və onun şüşələri ehtiyat oyunçular skamyasına düşüb.

Son xəbərlər

Orphus sistemi