Avropa Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşir

Avropa Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşir Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Futbol
2 Avqust , 2021 07:30
Avropa Liqası: Neftçinin potensial rəqibləri müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi "Neftçi"nin də potensial rəqibi bəlli olacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Bu dəfəki püşkatma fərqli formada gerçəkləşəcək. İştirakçılar 4 səbətə bölünüb.

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar da Avropa Liqasının pley-offuna qatılacaq.

Ağ-qaralar III təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda Türkiyənin "Fənərbağça" və Polşanın "Legiya" klubu ilə də görüşə bilər.

1-ci səbət
Pley-off mərhələsində mübarizəyə başlayanlar

“AZ” (Niderland)
“Fənərbağça” (Türkiyə)
“Zarya” (Ukrayna)
“Antverpen” (Belçika)
“Şturm” (Avstriya)
“Randers” (Danimarka)

2-ci səbət
Çempionlar Liqası, III təsnifat mərhələsi, Çempionlar yolu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Legiya” (Varşava, Polşa) cütünün məğlubu
ÇFR (Rumıniya) – “Yanq Boyz” (İsveçrə) cütünün məğlubu
“Olimpiakos” (Yunanıstan) – “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Şerif” (Moldova) cütünün məğlubu
“Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya) cütünün məğlubu
“Ferentsvaroş” (Macarıstan) – “Slaviya” (Çexiya) cütünün məğlubu

3-cü səbət
Avropa Liqası, III təsnifat mərhələsi, Çempionlar yolu
“Omoniya” (Kipr) – “Flora” (Estoniya) cütünün qalibi
“Mura” (Sloveniya) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi
“Kayrat” (Qazaxıstan) – “Alaşkert” (Ermənistan) cütünün qalibi
“Linkoln” (Cəbəllütariq) – “Slovan” (Slovakiya) cütünün qalibi
“Neftçi” (Azərbaycan) – HİK (Finlandiya) cütünün qalibi

4-cü səbət
Avropa Liqası, III təsnifat mərhələsi, Əsas yol
“Yablonets” (Çexiya) – “Seltik” (Şotlandiya)
“Rapid” (Avstriya) – “Anartosis” (Kipr)
“Qalatasaray” (Türkiyə) – “Sent Conston” (Şotlandiya)

Son xəbərlər

Orphus sistemi