Avropa Liqası: "Neftçi" bu gün Finlandiya klubu ilə üz-üzə gələcək

Avropa Liqası: "Neftçi" bu gün Finlandiya klubu ilə üz-üzə gələcək "Neftçi" bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.
Futbol
537
3 Avqust , 2021 07:30
Avropa Liqası: Neftçi bu gün Finlandiya klubu ilə üz-üzə gələcək

"Neftçi" bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, "ağ-qaralar" Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşacaq. "Bakcell Arena"da oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edəcək.

Paytaxt təmsilçisinin heyətində zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.

Qeyd edək ki, komandalar cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-offda Türkiyə "Fənərbağça"sı ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi

İlk oyun

3 avqust

21:00. "Neftçi" - HİK (Helsinki, Finlandiya)

Hakimlər: Uilyam Kollum, Devid Makgiçi, Şon Karr, Yuan Anderson (Şotlandiya)

Bakı. "Bakcell Arena"

Son xəbərlər

Orphus sistemi