Avropa Liqası kubokunun Bakıya gətiriləcəyi tarix müəyyənləşib

Avropa Liqası kubokunun Bakıya gətiriləcəyi tarix müəyyənləşib Bakı. 28 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasının kuboku Avropanın bir sıra şəhərlərində sərgilənəcək.
Futbol
28 Fevral , 2019 16:49
Avropa Liqası kubokunun Bakıya gətiriləcəyi tarix müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 28 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasının kuboku Avropanın bir sıra şəhərlərində sərgilənəcək.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, sərgi xeyriyyə məqsədi daşıyacaq. Kuboku izləməyə gələn azarkeşlər və futbolçular istifadə olunmuş və geyinmək istəmədikləri ayaqqabılarını İordaniyadakı suriyalı qaçqınlar üçün bağışlaya biləcəklər.

Turnirin kuboku ilk olaraq martın 5 - 9-da İsveçrənin Cenevrə, martın 22-23-də İspaniyanın Sevilya şəhərində, martın 29-30-da isə Almaniyanın paytaxtı Berlində nümayiş olunacaq.

Kubok 5-6 apreldə İngiltərənin paytaxtı Londonda, 12 apreldə İtaliyanın Milan şəhərində, 20 apreldə Rusiyanın paytaxtı Moskvada, 10 mayda Fransanın paytaxtı Parisdə sərgiləndikdən sonra 16 mayda Bakıda olacaq. 

Səyahətdə Lotar Matteus, Deku, Andres PalopEydur Qudyonsen kimi ulduz futbolçular iştiraklarını təsdiqləyiblər.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi