Avropa Liqası: "İnter" və "Mançester Yunayted" yarımfinalda

Avropa Liqası: "İnter" və "Mançester Yunayted" yarımfinalda Almaniyada UEFA Avropa Liqasının 1/4 final oyunlarından 2-nə yekun vurulub.
Futbol
662
11 Avqust , 2020 01:38
Avropa Liqası: İnter və Mançester Yunayted yarımfinalda

Almaniyada UEFA Avropa Liqasının 1/4 final oyunlarından 2-nə yekun vurulub.  

"Report"un məlumatına görə, İtaliya "İnter"i Dusseldorfda Almaniya "Bayer"i ilə üz-üzə gəlib. Görüş "İnter"in qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 qol ilk yarıda vurulub. "İnter"dən 15-ci dəqiqədə Nikolo Barella hesabı açıb. 21-ci dəqiqədə Romelu Lukaku fərqi artırıb. 25-ci dəqiqədə Kay Haverts təsəlli qolunu vurub. Qalan bölümdə "Bayer"in bundan artığına gücü çatmayıb. 

İngiltərənin "Mançester Yunayted" komandası isə Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.  

Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə "İnter" və "Mançester Yunayted" üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək. Duysburqdakı "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üsə gələcək. Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi