Avropa Liqası: Daha 43 komanda növbəti mərhələyə adladı

Avropa Liqası: Daha 43 komanda növbəti mərhələyə adladı Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin digər oyunları keçirilib.
Futbol
795
28 Avqust , 2020 01:47
Avropa Liqası: Daha 43 komanda növbəti mərhələyə adladı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin digər oyunları keçirilib. 

"Report"un məlumatına görə, üçüncü oyun gününə nəzərdə tutulmuş 45 matçdan 43-ü oynanılıb, 2-si isə koronavirus səbəbindən təxirə salınıb. 

Azərbaycan təmsilçilərindən "Neftçi" Şimali Makedoniyanın "Şkupi" komandasını mübarizədən kənarlaşdırıb. "Sumqayıt" və "Keşlə" isə avrokuboklarla erkən vidalaşıb.

Təsnifat mərhələləri bir matçdan ibarət olduğundan qalib gələn komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Avropa Liqası, I təsnifat mərhələsi

27 avqust

18:00. “Kayrat” (Qazaxıstan) - "Noa" (Ermənistan) - 4:1

18:00. “Ordabası” (Qazaxıstan) - "Botoşani" (Rumıniya) - 1:2

18:00. “Ventspils” (Latviya) - “Dinamo-Avto” (Moldova) - 2:1

18:30. “Borats” (Bosniya və Herseqovina) - "Sutyeska" (Monteneqro) - 1:0

18:30. “Teuta” (Şimali Makedoniya) - "Beytar" (Yerusəlim, İsrail) - 2:0

18:30. “Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) - təxirə salındı

19:00. “Dinamo” (Minsk, Belarus) - "Pyast" (Polşa) - 0:2

19:30. "Linkoln" (Cəbəllütariq) - "Union" (Lüksemburq) - 2:0

20:00. “Sumqayıt” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 0:2

20:00. "Alaşkert" (Ermənistan) - “Renova” (Şimali Makedoniya) - 0:1

20:00. “Apollon” (Kipr) - “Saburtalo” (Gürcüstan) - 5:1

20:00. "Budye Qlimt" (Norveç) – “Jalgiris” (Litva) - 6:1

20:00. “Neftçi” (Azərbaycan) - “Şkupi” (Şimali Makedoniya) - 2:1

20:30. “Fehervar” (Macarıstan) - “Bohemians” (İrlandiya) - 1:1 (PENALTİLƏRLƏ - 4:2)

20:30. "Olimpiya" (Sloveniya) - “Vikinqur” (İslandiya) - 2:1 (Əlavə vaxt - 1:0)

21:00. “Lokomotiv” (Tbilisi, Gürcüstan) - “Universitatya” (Rumıniya) - 2:1

21:00. MOİK (Sofiya, Bolqarıstan) - “Sirens” (Malta) - 2:1

21:00. “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) - təxirə salındı

21:00. “Keşlə” (Azərbaycan) - "Laçi" (Albaniya) - 0:0 (PENALTİLƏRLƏ - 4:5)

21:00. “Vaduts” (Lixtenşteyn) - “Hibernians” (Malta) - 0:2

21:00. “Orxus” (Danimarka) - “Honka” (Finlandiya) - 5:2

21:00. “Malmö” (İsveç) - “Krakoviya” (Polşa) - 2:0

21:00. “Hammarbü” (İsveç) - “Puşkaş Akademi” (Macarıstan) - 3:0

21:00. “Rusenborq” (Norveç) - “Breydablik” (İslandiya) - 4:2

21:00. “Jalgiris” (Vilnüs, Litva) - “Payde” (Estoniya) - 2:0

21:00. "Gilyani" (Kosovo) - APOEL (Kipr) - 0:2 (ƏLAVƏ VAXT - 0:2)

21:15. “Hafnarfyordur” (İslandiya) - "Dunayska Streda" (Slovakiya) - 0:2

21:30. TNS (Uels) - "Jilina" (Slovakiya) - 3:1 (ƏLAVƏ VAXT - 2:0)

21:30. “Şaxtyor” (Soliqorsk, Belarus) - “Sfantul George” (Moldova) - 0:0 (PENALTİLƏRLƏ - 1:4)

21:45. "Hapoel" (Beer-Şeva, İsrail) - “Dinamo” (Batumi, Gürcüstan) - 3:0  

22:00. “İskra” (Monteneqro) - “Lokomotiv” (Plovdiv, Bolqarıstan) - 0:1

22:00. “Petrokub” (Moldova) - “Topola” (Serbiya) - 0:2 

22:00. "Kukesi" (Albaniya) - "Slaviya" (Bolqarıstan) - 2:1

22:00. “Valletta” (Malta) - “Bala Taun” (Uels) - 0:1

22:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Differdanj” (Lüksemburq) - 3:0

22:00. B-36 (Farer adaları) - “Levadiya” (Estoniya) - 4:3 (ƏLAVƏ VAXTDA - 2:1)

22:15. “Servett” (İsveçrə) - "Rujomberok" (Slovakiya) - 3:0

22:30. "Styaua" (Rumıniya) - "Şirak" (Ermənistan) - 3:0

22:45. “Motervell” (Şotlandiya) - “Qlentoran” (Şimali İrlandiya) - 5:1

22:45. "Aberdin" (Şotlandiya) - “Runavik” (Farer adaları) - 6:0

22:45. "Maribor" (Sloveniya) - “Kolreyn” (Şimali İrlandiya) - 1:1 (PENALTİLƏRLƏ - 4:5)

23:00. "Lex" (Polşa) - “Valmiera” (Latviya) - 3:0

23:00. “Partizan” (Serbiya) - RFS (Latviya) - 1:0

23:00. “Şemrok Rovers” (İrlandiya) - “İlves” (Finlandiya) - 2:2 (PENALTİLƏRLƏ - 12:11)

23:00. “Honved” (Macarıstan) - “İnter” (Turku, Finlandiya) - 2:1 (ƏLAVƏ VAXT - 1:0)

Qeyd edək ki, daha əvvəl Lüksemburqun "Proqress" və Litvanın "Riteryay" komandası II təsnifat mərhələsinə yüksəlib.

Orphus sistemi