Avropa Liqası: Həftənin oyunçusu bəlli oldu

Avropa Liqası: Həftənin oyunçusu bəlli oldu Bu ada İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb
Futbol
30 Aprel , 2021 19:24
Avropa Liqası: Həftənin oyunçusu bəlli oldu
Brunu Fernandeş

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

"Report"un məlumatına görə, bu ada İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.

Portuqaliyalı oyunçu evdə İtaliya "Roma"sını 6:2 hesabı ilə məğlub etdikləri matçda 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi