Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bilindi

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bilindi UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib.
Futbol
511
22 Avqust , 2020 09:38
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bilindi

UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib. 

"Report"un məlumatına görə, İtaliya "İnter"i ilə final oyunundan sonra İspaniya "Sevilya"sının oyuçuları Lük de Yonq, Ever Baneqa, Xesus Navas və Jül Kunde bu mükafata iddialıdır.

La Liqa təmsilçisinin Milan klubunu 3:2 hesabı ilə məğlub etdiyi final oyununda niderlandlı hücumçu 2 qol vurub. Baneqa və Navas hərəyə 1 məhsuldar ötürmə ilə yadda qalıblar. Kunde isə 92 faiz dəqiq ötürmə edib.

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək. 

Qeyd edək ki, "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.

Son xəbərlər

Orphus sistemi