Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Futbol
27 May , 2021 11:17
Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, bu, İspaniya "Vilyarreal"ı ilə İngiltərə "Mançester Yunayted"i arasında keçirilmiş final oyunundan sonra müəyyənləşib.

Namizədlər "Mançester Yunayted"dən yarımmüdafiəçi Skott Maktominay və hücumçu Edinson Kavani, "Vilyarreal"dan isə orta sahə oyunçusu Etyen Kapu və forvard Jerar Morenodur.

Qeyd edək ki, Polşanın Qdansk şəhərində təşkil olunmuş qarşılaşmanın əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Penaltilər seriyasında "Vilyarreal" "Mançester Yunayted"ə 11:10 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi