Avropa Liqası: Bu gün "Qəbələ" komandasının potensial rəqibi müəyyənləşəcək

Avropa Liqası: Bu gün "Qəbələ" komandasının potensial rəqibi müəyyənləşəcək Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin ilk 3 cavab görüşü keçiriləcək.
Futbol
17 İyul , 2018 07:18
Avropa Liqası: Bu gün Qəbələ komandasının potensial rəqibi müəyyənləşəcək

Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin ilk 3 cavab görüşü keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar arasında Macarıstanda "Honved"lə Makedoniya "Rabotniçki"si arasında oynayılacaq qarşılaşma azərbaycanlı futbolsevərlər üçün xüsusi əhəmiyyət kəsb edəcək.

"Qəbələ" Lüksemburq "Proqres"ini üstələyəcəyi təqdirdə, Avroliqanın II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə görüşəcək. İlk görüşdə "Rabotniçki" evdə 2:1 hesablı qələbə qazanıb. "Qəbələ" isə doğma meydanda 0:2 hesabı ilə uduzub. "Qırmızı-qaralar"ın cavab oyunu iyulun 19-da Düdelanjda olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

17 iyul

19:45. "Levski" (Bolqarıstan) - "Vaduts" (Lixtenşteyn)

İlk oyun - 0:1

19:55. "Şkupi" (Makedoniya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:2

20:00. "Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya)

İlk oyun - 1:2

Qeyd edək ki, qalan cavab oyunları 18-19 iyulda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi