Avropa Liqası: Bu gün daha 2 yarımfinalçı müəyyənləşəcək

Avropa Liqası: Bu gün daha 2 yarımfinalçı müəyyənləşəcək Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin son 2 matçı keçiriləcək.
Futbol
11 Avqust , 2020 07:30
Avropa Liqası: Bu gün daha 2 yarımfinalçı müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin son 2 matçı keçiriləcək. 

"Report"un məlumatına görə, Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üsə gələcək. Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşacaq. Bu cütlərin qalibləri avqustun 16-da yarımfinalda görüşəcək. 

11 avqust
Avropa Liqası, 1/4 final

23:00. "Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bazel" (İsveçrə)

Qeyd edək ki, ilk oyun günündə "İnter" Almaniya "Bayer"ini 2:1, "Mançester Yunayted" isə Danimarka "Kopenhagen"ini əlavə vaxtda 1:0 hesabı ilə yenib. "İnter" yarımfinalda "Şaxtyor" - "Bazel", "Mançester Yunayted" isə "Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları avqustun 16-da və 17-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi