Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi UEFA Avropa Liqasının 1/16 final mərhələsində növbəti cavab oyunları keçirilib
Futbol
311
26 Fevral , 2021 01:51
Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, bununla da qitənin ikinci dərəcəli klub turnirində 1/8 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.

Beləliklə, son olaraq İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Roma", İsveçrənin "Yanq Boyz", Xorvatiyanın "Dinamo" (Zaqreb), Yunanıstanın "Olimpiakos", Çexiyanın "Slaviya" (Praqa) və Ukraynanın "Dinamo" (Kiyev) klubları növbəti mərhələdə iştirak hüququ əldə ediblər.

Qeyd edək ki, Avropa Liqasında 1/8 finalın püşkü bu gün atılacaq.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

24:00. “Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna) - 0:1

Qol: Vitali Buyalski, 83

İlk oyun - 1:1

24:00. PSV (Niderland) - “Olimpiakos" (Yunanıstan) - 2:1

Qollar: Eran Zahavi, 23; 44

İlk oyun - 2:4

24:00. “Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 0:2

Qollar: Jordan Sibaço, 48. Kristian Fasnaxt, 86

İlk oyun - 3:4

24:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya) - 1:0

Qol: Mislav Orşiç, 31

İlk oyun - 3:2

24:00. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) - 3:1

Qollar: Edin Ceko, 24. Karles Peres, 75. Borxa Mayoral, 90+1 - Brian Kristante, 88 (avtoqol)

İlk oyun - 2:0

24:00. “Lester” (İngiltərə) - “Slaviya” (Çexiya) - 0:2

Qollar: Lukaş Provod, 49. Abdulla Sima, 79

İlk oyun - 0:0

24:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 1:1

Qollar: Frank Kessi, 9 (penalti) - El-Fardu ben Nabuan, 24

İlk oyun - 2:2

24:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 0:0

İlk oyun - 4:0

23:53

UEFA Avropa Liqasının 1/16 final mərhələsində növbəti cavab oyunları keçirilib.

"Report"un məlumatına görə, 1/8 finala daha 7 vəsiqənin sahibi müəyyənləşib.

Niderlandın "Ayaks", İspaniyanın "Vilyarreal" və "Qranada", Ukraynanın "Şaxtyor" (Donetsk), Norveçin "Molde", Şotlandiyanın "Reyncers" və İngiltərənin "Arsenal" komandaları növbəti mərhələyə adlayıblar.

Bu raundun digər 8 oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

21:55. “Ayaks” (Niderland) - “Lill” (Fransa) - 2:1

Qollar: Devi Klassen, 15, David Neres, 88 - Yusuf Yazıcı, 78 (penalti)

İlk oyun - 2:1

21:55. “Şaxtyor (Donetsk, Ukrayna) - "Makkabi” (Təl-Əviv, İsrail) - 1:0

Qol: Junior Moraes, 67 (penalti)

İlk oyun - 2:0

21:55. “Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 2:1

Qollar: Pyotr Zelinski, 3. Fabian Ruis, 59 - Anxel Montoro, 25

İlk oyun - 0:2

21:55. "Hoffenhaym" (Almaniya) - “Molde” (Norveç) - 0:2

Qollar: Eyrik Ulland Andersen, 20; 90+5

İlk oyun - 3:3

21:55. “Vilyarreal” (İspaniya) - "Zaltsburq” (Avstriya) - 2:1

Qollar: Jerar Moreno Balagero, 40; 89 (penalti) - Mergim Berişa, 17

İlk oyun - 2:0

21:55. “Reyncers” (Şotlandiya) - "Antverpen” (Belçika) - 5:2

Qollar: Alfredo Morelos, 9. Natan Patterson, 46. Rayan Kent, 55. Borna Barişiç, 79 (penalti). Sedrik İtten, 90+2 (penalti) - Lior Refaelov, 32, Didye Lamkel Ze, 57

İlk oyun - 4:3

21:55. “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 3:2

Qollar: Pyer-Emerik Obameyanq, 21; 87, Kiran Tirni, 67 - Dioqu Qonsalveş, 43. Rafa Silva, 61

İlk oyun - 1:1

Qeyd edək ki, daha əvvəl İngiltərə "Tottenhem"i adını 1/8 finala yazdırıb.

Son xəbərlər

Orphus sistemi