Avropa Liqası: 1/4 final və yarımfinal cütlükləri müəyyənləşir

Avropa Liqası: 1/4 final və yarımfinal cütlükləri müəyyənləşir Bu gün UEFA&Avropa Liqasında da 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.
Futbol
10 İyul , 2020 09:35
Avropa Liqası: 1/4 final və yarımfinal cütlükləri müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.

"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə final oyununun nominal meydan sahibləri də müəyyənləşəcək.

Koronavirus pandemiyası ilə əlaqədar 1/8 final mərhələsinin cavab oyunları keçirilmədiyindən komandalar püşkatmaya cütlüklər şəklində qatılacaqlar.

Qarılaşmalar Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində olacaq.

1/8 finalın oyunları 5-6 avqustda, 1/4 finalın görüşləri isə 10-11 avqustda keçiriləcək. Yarımfinal qarşılaşmaları 16-17 avqustda, final isə 21 avqustda Almaniyanın Köln şəhərində baş tutacaq. 

Qalib hər mərəhələdə 1 oyunla müəyyənləşəcək, matçlar Bakı vaxtı ilə saat 20:55 və 23:00-da başlayacaq.

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin baş tutmayan "Xetafe" (İspaniya) - "İnter" (İtaliya) və "Roma" (İtaliya) - "Sevilya" (İspaniya) qarşılaşmaları da 1 oyundan ibarət olacaq.

"Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi

İlk oyun - 1:0

“Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi

İlk oyun - 1:1

“Reyncers” (Şotlandiya) / “Bayer” (Almaniya) cütünün qalibi

İlk oyun - 1:3

“Volfsburq” (Almaniya) / “Şaxtyor” (Ukrayna) cütünün qalibi

İlk oyun - 1:2

“İnter” (İtaliya) / “Xetafe” (İspaniya) cütünün qalibi

“Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi

“Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi

İlk oyun - 0:3

LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi

İlk oyun - 0:5.

Son xəbərlər

Orphus sistemi