Avropa klubları ciddi maliyyə itkiləri ilə üzləşə bilər

Avropa klubları ciddi maliyyə itkiləri ilə üzləşə bilər Dünya çempionatı 2 ildən bir keçiriləcəyi təqdirdə Avropanın futbol liqaları ciddi maliyyə problemi ilə üzləşə bilər.
Futbol
11 Noyabr , 2021 18:03
Avropa klubları ciddi maliyyə itkiləri ilə üzləşə bilər

Dünya çempionatı 2 ildən bir keçiriləcəyi təqdirdə Avropanın futbol liqaları ciddi maliyyə problemi ilə üzləşə bilər.

"Report"un məlumatına görə, bu, KPMG şirkətinin milli çempionatlarla bağlı araşdırmasında öz əksini tapıb.

Bildirilib ki, FIFA sözügedən ideyanı həyata keçirərsə, Avropa klubları 5 - 8,5 milyard avro arasında vəsait itirəcəklər.

Belədə ölkə çempionatları mayın əvvəlində başa çatdırılmalı olacaq ki, bu da liqalardakı komandaların və iş yerlərinin sayının azalmasına səbəb ola bilər. Bundan əlavə, milli çempionatlarının nümayəndələri hesab edirlər ki, mundial tez-tez təşkil olunsa, klubların dəyəri kəskin şəkildə aşağı düşəcək.

Qeyd edək ki, hazırda dünya çempionatı 4 ildən bir keçirilir. Növbəti mundial 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə olacaq.

Son xəbərlər

Orphus sistemi