Avropa Klubları Assosiasiyasına yeni rəhbər seçildi

Avropa Klubları Assosiasiyasına yeni rəhbər seçildi Yeni rəhbər “Yuventus” futbol klubunun prezidenti Andrea Anyellini əvəzləyib
Futbol
22 Aprel , 2021 01:07
Avropa Klubları Assosiasiyasına yeni rəhbər seçildi
Nasser Əl-Xəlafi

Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi Avropa Klubları Assosiasiyasının (ECA) rəhbəri seçilib.

Bu barədə “Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, Nasser Əl-Xəlafi bu vəzifədə Avropa Super Liqası ilə bağlı istefa vermiş “Yuventus” futbol klubunun prezidenti Andrea Anyellini əvəzləyib.

Xatırladaq ki, 47 yaşlı Nasser Əl-Xəlafi PSJ-nin 2011-ci ildən rəhbəri olmaqla yanaşı UEFA direktorlar şurasının üzvüdür. O, “beIN Media Group”un baş icraçı direktorudur.

Son xəbərlər

Orphus sistemi