Avropa çempionu müqaviləsinin müddətinin uzadılması üçün klubu ilə danışıqlara başlayıb
Futbol
- 03 iyun, 2025
- 16:27
İspaniya millisinin futbolçusu Niko Uilyams müqaviləsinin müddətinin uzadılması üçün klubu "Atletik"lə danışıqlara başlayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun yeni maaşının illik 10 milyon avro olacağı gözlənilir.
Sözləşmədəki sərbəst qalma məbləğinin də artacağı gözlənilir. Hazırda bu 58 milyon avrodur.
Qeyd edək ki, Niko Uilyams başa çatan mövsümdə "Atletik"də 45 matçda meydana çıxıb, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ildə İspaniya yığmasının heyətində Avropa çempionu olub.
Son xəbərlər
06:11
Yəmən separatçıları Səudiyyə Ərəbistanında keçiriləcək sülh konfransında iştirak edəcəklər
Digər ölkələr05:43
Britaniya və Fransa İŞİD-in yeraltı silah anbarlarına hava zərbələri endirib
Digər ölkələr05:16
ABŞ Venesuela və Karib hövzəsi üzərində uçuşları məhdudlaşdırıb
Digər ölkələr04:50
Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər atıb
Digər ölkələr04:25
BMT Trampın Venesuelanı idarə etmək planlarından dərin narahatdır
Digər ölkələr03:47
Vuçiç Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Digər ölkələr03:17
İsveçrədə yanğında ölən 40 nəfərdən səkkizinin şəxsiyyəti müəyyənləşib
Digər ölkələr02:45
"Porto"nun baş məşqçisi "Çelsi"yə mümkün transferi haqqında danışıb
Futbol02:15