Avropa çempionatının ilk 1/4 final oyununun təyinatları açıqlanıb

Avropa çempionatının ilk 1/4 final oyununun təyinatları açıqlanıb Oyunu almaniyalı hakimlər briqadası idarə edəcək
Futbol
119
28 İyun , 2016 14:24
Avropa çempionatının ilk 1/4 final oyununun təyinatları açıqlanıb

Bakı. 28 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin Polşa - Portuqaliya oyununa təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, iyunun 30-da ilk yarımfinalçını müəyyənləşdirəcək qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Feriks Brıx olacaq. Ona yan xətt hakimləri qismində Mark Borş və Ştefan Lupp kömək edəcək. Bastian Dankert və Marko Frits əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Matçın dördüncü hakimi serbiyalı Milorad Majiç olacaq. Daha bir serbiyalı Milovan Ristiç isə ehtiyat köməkçi-hakim qismində meydana çıxacaq.

Hakim-inspektor Pyerluici Kollina (İtaliya), UEFA nümayəndəsi isə Roland Ospelt (Lixtenşteyn) olacaq.

Qeyd edək ki, Fransanın Marsel şəhərindəki "Velodrom" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi