​Avropa çempionatında 4 oyunla qrup mərhələsinə yekun vurulacaq

​Avropa çempionatında 4 oyunla qrup mərhələsinə yekun vurulacaq Günün mərkəzi qarşılaşması İsveç və Belçika arasında baş tutacaq
Futbol
128
22 İyun , 2016 02:08
​Avropa çempionatında 4 oyunla qrup mərhələsinə yekun vurulacaq

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Avropa çempionatında 4 oyun keçiriləcək.

"Report"un məlumatına görə, görüşlər "E" və "F" qruplarında baş tutacaq.

"E" qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş İtaliya yığması İrlandiyanı sınağa çəkəcək. Aktivində 6 xal olan Antonio Kontenin komandası qalib gələcəyi təqdirdə, İrlandiya qitə turnirində mübarizəni dayandıracaq. 1/8 finala çıxmaq üçün İrlandiya mütləq qələbə qazanmalıdır. Eyni qrupun digər oyununda İsveç və Belçika komandaları qarşılaşacaq. Bu matçı hər iki komanda üçün ölüm-dirim savaşı adlandırmaq olar. Qalib komanda qrup ikincisi kimi yoluna davam edəcək. Belçika məğlub olacağı təqdirdə İtaliya - İrlandiya oyununun nəticəsindən asılı olaraq ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala vəsiqə əldə edəcək.

"F" qrupunda isə 4 komandanın hamısının növbəti mərhələdə iştirak etmək şansı var. Hazırda 4 xalla qrupun birinci pilləsində qərarlaşan Macarıstan Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Macarlar qələbə qazanarsa, qrup lideri kimi yola davam edəcəklər. Aktivində 2 xal olan Portuqaliya isə 3 xal əldə edəcəyi təqdirdə birinci pilləyə yüksələcək. İslandiya - Macarıstan qarşılaşmasında qrupun digər oyununun nəticəsindən asılı olaraq - Macarıstan qələbə qazanarsa, birincilər heç-heçə sayəsində də Fransada mübarizəni davam etdirəcək. Bir xalla qrup sonuncusu olan Avstriya isə növbəti mərhələyə yüksəlmək üçün yalnız qələbə qazanmalıdır.

Avropa çempionatı, III tur

"F" Qrupu

20:00 İslandiya - Avstriya

Baş hakim: Şimon Marçinyak

Yan xətt hakimləri: Pavel Sokolniski, Tomaş Listkeviç

Əlavə köməkçi hakimlər: Pavel Raçkoviski, Tomaş Musyal (hamısı Polşa)

Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)

Sen-Deni. "Stad de Frans"

20:00 Macarıstan - Portuqaliya

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld

Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Lion. "Lyumler"

"E" Qrupu

23:00 İtaliya - İrlandiya

Baş hakim: Ovidiu Alin Hateqan

Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George

Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor, Sebastian Coltesku (hamısı Rumıniya)

Dördüncü hakim: Tasos Sidiropulos

Lill. "Pyer Morua"

23:00 İsveç - Belçika

Baş hakim: Feliks Brıx

Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Matey Yuq (Sloveniya)

Nitsa. "Alyans Rivyera"

Qeyd edək ki, 1/8 final oyunlarına iyunun 25-dən start veriləcək.

Son xəbərlər

Orphus sistemi