​Avropa çempionatında daha 3 oyunun hakim təyinatları açıqlanıb

​Avropa çempionatında daha 3 oyunun hakim təyinatları açıqlanıb Almaniya - Polşa oyunu Hollandiyadan olan hakimlər briqadasına tapşırılıb
Futbol
749
13 İyun , 2016 18:13
​Avropa çempionatında daha 3 oyunun hakim təyinatları açıqlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının ikinci turunun daha 3 oyunu üçün hakim təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, iyunun 16-da B qrupunda keçiriləcək İngiltərə - Uels matçı almaniyalı referi Feliks Brıxa həvalə olunub.

Ona həmyerliləri Mark Borş və Ştefan Lupp yan xətt hakimləri, Bastian Dankert və Marko Frits əlavə köməkçi-hakimlər, Matey Yuq dördüncü hakim, Robert Vukan ehtiyat hakim qismində yardımçı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

C qrupundakı Ukrayna - Şimali İrlandiya maçtında isə ədaləti çexiyalı Pavel Kralovets qoruyacaq. Yan xətt hakimləri slovakiyalı Roman Slışko və çexiyalı Tomaş Mokruş, əlavə köməkçi-hakimlər çexiyalı Petr Ardelyanu və Mixal Patak, dördüncü hakim çexiyalı Tasos Sidiropulos, ehtiyat hakim isə yunanıstanlı Damianos Eftimiadisdir. Görüşün start fiti saat 20:00-da çalınacaq.

Bu qrupun Almaniya - Polşa oyunu isə Hollandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Byörn Kuypers, yan xətt hakimləri Sander van Rökel və Ervin Zeynstra, əlavə köməkçi-hakimlər Pol van Bökel və Rixard Lisveld olacaq. Dördüncü hakimi italiyalı Daniele Orsato, əlavə hakim onun həmyerlisi Elenito Di Liberatore olacaq. Qarşılaşmaya saat 23:00-da start veriləcək.

Son xəbərlər

Orphus sistemi