Avropa çempionatı: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub

Avropa çempionatı: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Futbol
654
18 Oktyabr , 2021 20:31
Avropa çempionatı: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub

Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Gürcüstan, İspaniya və Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Final mərhələsinə sonuncu vəsiqənin sahibi noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

A qrupu: Niderland, Serbiya / Belarus, Ukrayna, Portuqaliya

B qrupu: Qazaxıstan, İtaliya, Sloveniya, Finlandiya

C qrupu: Rusiya, Polşa, Slovakiya, Xorvatiya

D qrupu: Gürcüstan, İspaniya, Azərbaycan, Bosniya və Herseqovina

Qeyd edək ki, 19 yanvar - 6 fevralda Niderlandda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq. İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklər.

Son xəbərlər

Orphus sistemi