Avropa çempionatı: Futzal millimizin rəqibləri müəyyənləşir

Avropa çempionatı: Futzal millimizin rəqibləri müəyyənləşir Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
Futbol
601
2 Sentyabr , 2020 10:01
Avropa çempionatı: Futzal millimizin rəqibləri müəyyənləşir

Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. 

"Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Bakı vaxtı ilə saat 15:15-də başlayacaq. 

Azərbaycan yığması püşkatmada A səbətində yer alacaq. A, B və C səbətlərinin hər birində 8 komanda qərarlaşıb. Norveç D səbətində olan yeganə kollektivdir. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan yığmalar isə E səbətində cəmləşiblər.

Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək. Qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. İkinci yerin sahibləri arasında ən zəif göstəriciyə malik iki komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu oyun 2021-ci ilin noyabrında gerçəkləşəcək.

AVRO-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

A səbəti

İspaniya, Portuqaliya (son qalib), Rusiya, Qazaxıstan, Serbiya, AZƏRBAYCAN, Xorvatiya, İtaliya

B səbəti

Ukrayna, Çexiya, Sloveniya, Rumıniya, Macarıstan, Fransa, Finlandiya, Slovakiya

C səbəti

Belarus, Bosniya və Herseqovina, Polşa, Belçika, Gürcüstan, Latviya, Moldova, Albaniya

D səbəti

Norveç

E səbəti

Türkiyə / Yunanıstan cütünün qalibi, San Marino / Danimarka cütünün qalibi, İsrail / Kipr cütünün qalibi, İsveçrə / Almaniya cütünün qalibi, İngiltərə / Şimali Makedoniya cütünün qalibi, Bolqarıstan / Ermənistan cütünün qalibi, Monteneqro / Litva cütünün qalibi

Oyun günləri

2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)

6-9 dekabr 2020

25 yanvar-3 fevral 2021

1-10 mart 2021

5-14 aprel 2021.

Son xəbərlər

Orphus sistemi