Avropa çempionatı: AFFA rəsmisi final oyununa təyinat alıb

Futbol
  • 31 may, 2022
  • 06:11
Avropa çempionatı: AFFA rəsmisi final oyununa təyinat alıb
Zaur Hacı-Məhərrəmov

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb.

"Report"un məlumatına görə, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.

Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya - Lüksemburq, B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya, 1/4 finalda isə Danimarka - Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.

Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

44 filmi