Avrokuboklar üçün "Dördlər finalı" təklif olundu

Avrokuboklar üçün "Dördlər finalı" təklif olundu UEFA Çempionlar Liqası və Avropa Liqasının həlledici görüşləri üçün Dördlər finalı formatına müraciət edə bilər. Reportun AS nəşrinə istinadən verdiyi məlumata görə, təklifi UEFA-nın baş katibi Corcio Marketti 17 mart toplantısında irəli sürəcək.
Futbol
15 Mart , 2020 14:57
Avrokuboklar üçün Dördlər finalı təklif olundu

UEFA Çempionlar Liqası və Avropa Liqasının həlledici görüşləri üçün "Dördlər finalı" formatına müraciət edə bilər. "Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, təklifi UEFA-nın baş katibi Corcio Marketti 17 mart toplantısında irəli sürəcək.

Bu format yarımfinalların bir oyundan ibarət olmasını və neytral meydanda keçirilməsini, daha sonra final görüşünün təşkilini nəzərdə tutur. Beləliklə, turnirlərin yarımfinal və final qarşılaşmalarının təşkilinə cəmi 4 gün kifayət edəcək. Çempionlar Liqasının matçları Türkiyənin İstanbul, Avropa Liqası qarşılaşmaları isə Polşanın Qdansk şəhərində baş tutmalıdır. 

Son xəbərlər

Orphus sistemi