Avrokubok finalında çıxış etmiş ilk türkiyəli futbolçu vəfat edib

Avrokubok finalında çıxış etmiş ilk türkiyəli futbolçu vəfat edib Türkiyə futbolunun və Fənərbağça klubunun əfsanəvi futbolçusu Can Bartu vəfat edib.
Futbol
12 Aprel , 2019 09:38
Avrokubok finalında çıxış etmiş ilk türkiyəli futbolçu vəfat edib

Türkiyə futbolunun və "Fənərbağça" klubunun əfsanəvi futbolçusu Can Bartu vəfat edib.

"Report"un məlumatına görə, sabiq yarımmüdafiəçi 83 yaşında dünyasını dəyişib.

30 yanvar 1936-cı ildə İstanbulda doğulmuş Can Bartu idmana "Fənərbağça"da basketbol oynayaraq başlayıb. Lakin qısa müddət sonra o, futbol bölməsinə keçib və 28 dəfə Türkiyə millisində forma geyinib. Legioner həyatı da yaşamış Bartu 1962-ci ildə İtaliya "Fiorentina"sının heyətində İspaniya "Atletiko"suna qarşı Kuboklar Kubokunun finalında çıxış etməklə avrokuboklarda həlledici görüş həyəcanı yaşayan ilk türk futbolçu kimi tarixə düşüb. 

Doğma klubunun heyətində 326 matçda 162 qol vuran sabiq oyunçu karyerasını 1971-ci ildə başa vurub. O daha sonra idman yazarı və televiya şərhçisi kimi uzun müddət çalışıb. Can Bartunun adı ötən il "Fənərbağça"nın Samandıra təlim-məşq bazasına verilib. 

Son xəbərlər

Orphus sistemi