AVRO-2020: Danimarka və Çexiya yığmaları Bakıya hələ gəlməyib
Futbol
- 29 iyun, 2021
- 08:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Danimarka və Çexiya yığmalarının futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin oyunu üçün Bakıya səfər proqramı açıqlanıb.
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, hər iki komanda Azərbaycan paytaxtına iyulun 1-də gələcək.
Saat 20:00-da Çexiya, saat 21:30-da isə Danimarka millisi Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Danimarka "Hyatt", Çexiya isə "Hilton" hotelində qalacaq.
Növbəti gün hər iki yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.
Son xəbərlər
13:36
Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar
Fərdi
13:22
Video
İlham Əliyev və Mehriban Əliyeva Antalyada COP31 Liderlər Sammitində iştirak edirlər - Yenilənib-2
Xarici siyasət
13:21
Azərbaycanda bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb
İnfrastruktur
13:06
UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb
Futbol
13:05
Foto
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
Daxili siyasət
12:57
Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - Yenilənib
Hadisə
12:53
"Kəlbəcər" tankeri əsaslı təmir olunub
İnfrastruktur
12:46
"Sumqayıt"ın futbolçusu İsa Suliman Pakistan millisinə dəvət alıb
Futbol
12:45
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək
İKT