2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsini buraxacaq ən bahalı heyətə malik milli komandalar bəlli olub.
"Report" "Transfermarkt" portalına istinadən xəbər verir ki, reytinqə 335,4 milyon avro ilə Norveç yığması başçılıq edir.
İsveç (206,9 milyon avro) ikinci, İrlandiya (161,6 milyon avro) üçüncü pillədə qərarlaşıb. İlk "5-liy"i Rusiya (157,3 milyon avro) və Şimali Makedoniya (54,5 milyon avro) yığmaları qapayır.
Qeyd edək ki, Rusiya UEFA-nın qərarına əsasən Ukrayna ilə müharibə səbəbindən AVRO-2024-ün seçmə mərhələsində iştirak etməyib.