Futbol üzrə Şotlandiya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
"Report" xəbər verir ki, baş məşqçi Stiven Klark siyahıya 28 oyunçunun adını daxil edib.
Bu futbolçulardan 26-nın adı Avropa çempionatının iştirak ərizəsinə salınacaq.
Qapıçılar: Anqus Qann ("Norviç"), Zender Klark, Kreyq Qordon (hər ikisi "Harts"), Liem Kelli ("Mazeruell")
Yarımmüdafiəçilər: Kallum Makqreqor ("Seltik"), Rayan Kristi ("Bormunt"), Billi Qilmor ("Brayton), Con Makqinn ("Aston Villa"), Kenni Maklin ("Norviç"), Skott Maktominey ("Mançester Yunayted"), Styuart Armstornq ("Sauthempton"), Rayan Cek ("Reyncers").
Hücumçular: Lindon Dayks ("Kuinz Park Reyncers"), Çe Adams ("Sauthempton"), Lourens Şenklend ("Harts"), Ben Douk ("Liverpul"), Ceyms Forrest ("Seltik).
Qeyd edək ki, Şotlandiya yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün A qrupunda Almaniya, İsveçrə və Macarıstan milliləri ilə üz-üzə gələcək.