AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb

AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb Futbol üzrə İngiltərə millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
Futbol
21 May , 2024 20:32
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb

Futbol üzrə İngiltərə millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

"Report" xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt siyahıya 33 oyunçunun adını daxil edib.

Bu futbolçulardan 26-sının adı Avropa çempionatının iştirak ərizəsinə salınacaq.

Markus Raşford, Rahim Sterlinq və Cordan Enderson kimi futbolçular ilkin heyətdə yer almayıb.

Qapıçılar: Din Henderson ("Kristal Pelas"), Cordan Pikford ("Everton"), Aron Ramzdeyl ("Arsenal"), Ceyms Trafford ("Börnli")

Müdafiəçilər: Cerrad Brantueyt ("Everton"), Lyuis Dank ("Brayton"), Co Qomez ("Liverpul"), Mark Quehi ("Kristal Pelas"), Ezri Konsa ("Aston Villa"), Harri Maquayr ("Mançester Yunayted"), Jarell Kuansah ("Liverpul"), Luk Şou ("Mançester Yunayted"), Con Stounz ("Mançester Siti"), Kiran Tripyer ("Nyukasl Yunayted"), Kayl Uoker ("Mançester Siti").

Yarımmüdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Cud Bellinqem ("Real", Madrid), Konor Qallager ("Çelsi"), Körtis Cons ("Liverpul"), Kobbi Mainu ("Mançester Yunayted"), Deklan Rays ("Arsenal"), Adam Uarton ("Kristal Pelas").

Hücumçular: Jarrod Boven ("Vest Hem"), Eberechi Eze ("Kristal Pelas"), Fil Foden ("Mançester Siti"), Entoni Qordon ("Nyukasl "), Cek Qriliş ("Mançester Siti"), Harri Keyn ("Bavariya"), Ceyms Maddison ("Tottenhem") , Koul Palmer ("Çelsi"), Bukayo Saka ("Arsenal"), İvan Toni ("Brentford"), Olli Uotkins ("Aston Villa").

Qeyd edək ki, İngiltərə yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün C qrupunda Sloveniya, Danimarka və Serbiya milliləri ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi