AVRO-2024: İspaniya ilk finalçı olub - YENİLƏNİB - 6

AVRO-2024: İspaniya ilk finalçı olub - YENİLƏNİB - 6 Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.
Futbol
10 İyul , 2024 00:54
AVRO-2024: İspaniya ilk finalçı olub - YENİLƏNİB - 6

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

"Report" xəbər verir ki, Münxendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1.

Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün, saat 23:00-da start götürəcək Niderland - İngiltərə matçında aydınlıq gələcək.

00:03

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Münxendəki “Alyans Arena"da reallaşan matçda ispanların 2:1 hesablı üstünlüyü var.

Görüşü sloveniyalı referi Slavko Vinçiç idarə edir.

23:48

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Münxendəki “Alyans Arena"da reallaşan matçda ispanların 2:1 hesablı üstünlüyü var.

Görüşü sloveniyalı referi Slavko Vinçiç idarə edir.

23:26

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Münxendəki “Alyans Arena"da ispanlar hesabda önə çıxıb - 2:1.

25-ci dəqiqədə Dani Olmo adını tabloya yazdırıb.

23:23

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.

"Report" xəbər verir ki, Münxendəki “Alyans Arena"da ispanlar hesabı bərabərləşdirib.

21-ci dəqiqədə Lamin Yamal fərqlənib.

23:09

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, Münxendəki “Alyans Arena"da fransızlar hesabda önə çıxıb.

9-cu dəqiqədə Kolo Muani adını tabloya yazdırıb.

23:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Münxendəki “Alyans Arena"da keçirilir.

Görüşü sloveniyalı referi Slavko Vinçiç idarə edir.

Son xəbərlər

Orphus sistemi