Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib.
"Report" xəbər verir ki, Hamburq şəhərində baş tutan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
Hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. İki dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olmaqla xorvatları hesabda önə çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurmaqla yekun nəticəni müəyyənləşdirib - 2:2..
Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab növbəti dəfə dəyişib.
"Report" xəbər verir ki, albanların heyətində Klaus Qyasulya 76-cı dəqiqədə avtoqol müəllifi olub.
Bununla da Xorvaiya yığması 2:1 hesabı ilə önə keçib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab bərabərləşib.
"Report" xəbər verir ki, 74-cü dəqiqədə Andrey Kramariç albanların qapısına yol tapıb - 1:1.
Qarşılaşma davam edir.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında ikinci hissə start götürüb.
"Report" xəbər verir ki, albanlar ilk hissədən sonra 1:0 hesabı ilə öndədirlər.
Yeganə qolu 11-ci dəqiqədə Kyazim Laçi xorvatların qapısından keçirib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında ilk hissə yekunlaşıb.
"Report" xəbər verir ki, albanlar fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.
Yeganə qolu 11-ci dəqiqədə Kyazim Laçi xorvatların qapısından keçirib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab açılıb.
"Report" xəbər verir ki, albanlar 11-ci dəqiqədə hesabda önə çıxıb.
Kyazim Laçi adını tabloya yazdırıb.
Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlir.
"Report" xəbər verir ki, Hamburq şəhərində keçirilən matçı fransalı beynəlxalq dərəcəli baş hakim Fransua Leteksye idarə edir.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.