Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü başa çatıb.
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.
Hesabı 9-cu dəqiqədə qalib komandanın heyətində Qernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Piontek "status-kvo"nu bərpa edib. 66-cı dəqiqədə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç müəyyənləşdirib. 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland - Fransa görüşü keçiriləcək.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab arasındakı fərq artıb.
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya rəqibinin qapısından üçüncü topu keçirib.
79-cu dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirib - 3:1.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə üçüncü qol vurulub.
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya yenidən hesabda önə çıxıb - 2:1.
66-cı dəqiqədə Kristof Baumqartner fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda tərəflər hərəyə 1 qol vurublar.
9-cu dəqiqədə Qernot Trauner avstriyalıları hesabda önə keçirib. İlk yarım saatın tamamında isə Kşiştof Piontek "status-kvo"nu bərpa edib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə ilk hissə başa çatıb
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda tərəflər hərəyə 1 qol vurublar.
9-cu dəqiqədə Qernot Trauner avstriyalıları hesabda önə keçirib. İlk yarım saatın tamamında isə Kşiştof Pyontek "status kvo"nu bərpa edib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab bərabərləşib.
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda polşalılar "status kvo"nu bərpa edib..
İlk yarım saatın tamamında Kşiştof Pyontek dəqiq oynayıb.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda avstriyalılar hesabda önə çıxıb.
9-cu dəqiqədə Qernot Trauner fərqlənməyi bacarıb.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü start götürüb.
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda başlayan D qrupunun oyununu türkiyəli FIFA referisi Halil Umut Meler idarə edir.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland - Fransa görüşü keçiriləcək.