AVRO-2024-ə ev sahibliyi edəcək ölkənin adı açıqlanıb

AVRO-2024-ə ev sahibliyi edəcək ölkənin adı açıqlanıb Bakı. 27 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2024-cü il Avropa çempionatı Almaniyada təşkil olunacaq.
Futbol
273
27 Sentyabr , 2018 17:23
AVRO-2024-ə ev sahibliyi edəcək ölkənin adı açıqlanıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2024-cü il Avropa çempionatı Almaniyada təşkil olunacaq.

“Report” xəbər verir ki, bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilmiş iclasından sonra elan edilib.

Qalibin adını qurumun prezidenti Aleksandr Çeferin açıqlayıb.

Qeyd edək ki, Almaniya Avropa çempionatının oyunlarını Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqart ("Ştutqart Arena", 50,998) şəhərlərində təşkil edəcək.

Almaniya daha əvvəl 1988-ci ildə Avropa çempionatına, 1974 və 2006-cı illərdə isə dünya çempionatına ev sahibliyi edib.

Son xəbərlər

Orphus sistemi