AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

Futbol
  • 19 noyabr, 2023
  • 05:00
AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

"Report"un "Etopaz"ın dəstəyi ilə Brüsselə ezam olunan əməkdaşı xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olacaq.

"Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

21:00. Belçika - Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan).
Brüssel. "Kinq Baudouin”