AVRO-2024: İspaniya B qrupunda maksimum nəticə göstərib - YENİLƏNİB - 4
- 24 iyun, 2024
- 20:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşü başa çatıb.
"Report" xəbər verir ki, qarşılaşma "buğalar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
13-cü dəqiqədə Ferran Torres fərqlənib.
Daha əvvəl 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupunda xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.
| 1 | İspaniya | 3 | 3 | 0 | 0 | 5-0 | 9 |
| 2 | İtaliya | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
| 3 | Xorvatiya | 3 | 0 | 2 | 1 | 3-6 | 2 |
| 4 | Albaniya | 3 | 0 | 1 | 2 | 3-5 | 1 |
00:04
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşündə ikinci yarı start götürüb.
"Report" xəbər verir ki, birinci hissədən sonra ispanlar 1:0 hesabı ilə öndədirlər.
"Buğalar"ın yeganə qoluna 13-cü dəqiqədə Ferran Torres imza atıb.
23:46
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşündə ilk yarı başa çatıb.
"Report" xəbər verir ki, birinci hissədən sonra ispanlar 1:0 hesabı ilə öndədirlər.
"Buğalar"ın yeganə qoluna 13-cü dəqiqədə Ferran Torres imza atıb.
23:17
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, ispanlar 13-cü dəqiqədə hesabda önə keçiblər.
Ferran Torres albanların qapısına yol tapıb.
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşü start götürüb.
"Report" xəbər verir ki, B qrupunun oyunu Düsseldorfdakı "Esprit Arena"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.