AVRO-2024: Almaniya növbəti 1/4 finalçı olub - YENİLƏNİB - 7

AVRO-2024: Almaniya növbəti 1/4 finalçı olub - YENİLƏNİB - 7 Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başlayıb.
Futbol
30 İyun , 2024 01:18
AVRO-2024: Almaniya növbəti 1/4 finalçı olub - YENİLƏNİB - 7

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıb - 2:0.

Hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə isə Camal Musiala fərqlənib.

Qeyd edək ki, 1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.

00:52

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.

"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri üstünlüklərini möhkəmləndiriblər - 2:0.

68-ci dəqiqədə Camal Musiala danimarkalıları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

00:36

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri hesabda önə keçib - 1:0.

53-cü dəqiqədə Kay Haverts penalti zərbəsini dəqiq yerinə yetirib.

00:28

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda hesab açılmayıb.

Qeyd edək ki, 35-ci dəqiqədə görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam edib.

00:11

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə ilk yarı başa çatıb.

"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçın birinci hissəsində hesab açılmayıb.

Qeyd edək ki, 35-ci dəqiqədə görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam edib.

23:39

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə məcburi fasilə başa çatıb.

"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matç qaldığı yerdən davam edib.

Qeyd edək ki, matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb.

23:38

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə güclü şimşək səbəbindən fasilə yaranıb.

"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionundakı matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb.

Qeyd edək ki, matçda hesab açılmayıb.

23:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilir.

Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.

Son xəbərlər

Orphus sistemi