AVRO-2020: Ukraynalılar Rusiya bayrağı tutan azarkeşə hücum etdi
Futbol
- 30 iyun, 2021
- 09:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Avropa çempionatında Ukrayna yığmasının əlavə vaxtda İsveçi 2:1 hesabı ilə yendiyi 1/8 final oyunu zamanı azarkeşlər arasında dava düşüb.
"Report"un məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda keçirilmiş oyuna fanatlardan biri Rusiya bayrağı ilə gəlib.
Bunu görən bir neçə ukraynalı tərəfdar ona hücum edib. Araya həmin fanatın yanında olan və əlində Ukrayna bayrağı tutmuş şəxs girib.
Qeyd edək ki, Rusiya millisi AVRO-2020-nin qrupunda qaldığı halda, Ukrayna yığması artıq 1/4 finala yüksələrək, İngiltərəyə rəqib olub. İyulun 3-də İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
AVRO-2020: Ukraynalılar Rusiya bayrağı tutan azarkeşə hücum etdi
Son xəbərlər
20:59
Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub
Fərdi
20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - Yenilənib
İnfrastruktur
20:55
Azərbaycan Basketbol Liqası: V turda "Ordu" "Naxçıvanı" məğlub edib
Komanda
20:49
"Gem No. 2" tankerindən neft sızması dayandırılıb
Energetika
20:28
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
Futbol
20:13
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib
Digər ölkələr
20:12
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər
Digər ölkələr
20:12
Brnabiç: Serbiyada prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir
Digər ölkələr
20:02
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var
Digər ölkələr