AVRO-2020: Ukrayna Serbiyanı 5:0 hesabı ilə darmadağın edib - VİDEO - NƏTİCƏLƏR

AVRO-2020: Ukrayna Serbiyanı 5:0 hesabı ilə darmadağın edib - VİDEO - NƏTİCƏLƏR Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində III tura start verilib.
Futbol
8 İyun , 2019 00:46
AVRO-2020: Ukrayna Serbiyanı 5:0 hesabı ilə darmadağın edib - VİDEO - NƏTİCƏLƏR

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində III tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə 5 qrupda 12 qarşılaşma təşkil olunub. A, B və D qruplarında hərəyə 2, F və G qruplarında isə 3 matç keçirilib.

A qrupda Çexiya ilk qələbəsini Bolqarıstan üzərində qazanıb. "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev bu dəfə dəvət almadığı üçün qonaq komandanın heyətində olmayıb.

UEFA Millətlər Liqasında qrup qaliblərindən Kosovo Monteneqro ilə səfər matçında qələbəni əldən verib. Bununla da Monteneqro ilk xalını qazanıb.

B qrupunun autsayderi Litva yığması Lüksemburqla matçda məğlubiyyətdən qurtulub. Lider Ukrayna isə Serbiya millisini 5 cavabsız qolla darmadağın edərək, vahid liderliyini davam etdirib.

İlk iki oyunda məğlub olan Gürcüstan gücünü Cəbəllütariqə göstərib - 3:0. D qrupun lideri İrlandiya isə səfərdə Danimarka ilə heç-heçəyə nail olub.

F qrupunun favoriti İspaniya səfərdə autsayder Farer adalarını, İsveç isə evdə Maltanı böyük hesabla yenib. Norveç isə Rumıniya ilə görüşdə 2 qolla önə çıxmasına baxmayaraq, meydanı 1 xalla tərk etməli olub. Skandinaviyalıların ilk qolunu "Qarabağ"ın sabiq hücumçusu Tarik Elyunussi vurub.

Nəhayət G qrupunda Polşa ardıcıl üçüncü qələbəsinə səfərdə Makedoniya ilə görüşdə imza atıb. İsrail isə Eran Zahavinin "het-trik"i sayəsində Latviyanı darmadağın edib.

AVRO-2020, seçmə mərhələ, III tur

7 iyun

A qrupu

22:45. Çexiya – Bolqarıstan - 2:1

Qollar: Patrik Şik, 20; 50 - İsmail İsa, 3

22:45. Monteneqro – Kosovo - 1:1

Qollar: Stefan Muqoşa, 69 - Milot Raşitsa, 24

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Çexiya - 3 (2), Kosovo – 2 (2), Bolqarıstan – 2 (3), Monteneqro - 2 (3).

B qrupu

22:45. Litva – Lüksemburq - 1:1

Qollar: Arvidas Novikovas, 74 - Jerson Rodriges, 21

Qırmızı vərəqə: Saulyus Mikolyunas, 42 (Litva)

22:45. Ukrayna – Serbiya - 5:0

Qollar: Viktor Tsıqankov, 26; 28. Yevgeni Konoplyanka, 46; 75. Roman Yaremçuk, 59.

Xal durumu: Ukrayna – 7 (3 oyuna), Lüksemburq – 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (2), Serbiya – 1 (2).

D qrupu

20:00. Gürcüstan - Cəbəllütariq - 3:0

Qollar: Valerian Qviliya, 30. Georgi Papunaşvili, 59. Vato Arveladze, 76 (pen.)

22:45. Danimarka – İrlandiya - 1:1

Qollar: Pyer Emil Xyoybyerq, 76 - Şeyn Daffi, 85

Xal durumu: İrlandiya – 7 (3 oyuna), İsveçrə - 4 (2), , Gürcüstan – 3 (3), Danimarka – 2 (2), Cəbəllütariq – 0 (2).

F qrupu

22:45. Farer adaları - İspaniya - 1:4

Qollar: Klemint Olsen, 30 - Serxio Ramos, 6. Xesus Navas, 19. Teytur Gestsson, 34 (öz qapısına)

22:45. İsveç - Malta - 3:0

Qollar: Robin Kvayson, 2. Viktor Klaesson, 50. Aleksander İsak, 81

22:45. Norveç – Rumıniya - 2:2

Qollar: Tarik Elyunussi, 56. Martin Edeqor, 70 - Klaudiu Keşerü, 77; 90+2

Xal durumu: İspaniya – 9, İsveç – 7, Rumıniya – 4, Malta - 3, Norveç - 2, Farer adaları - 0.

G qrupu

22:45. Avstriya – Sloveniya - 1:0

Qol: Quido Burqstaller, 74

22:45. Makedoniya – Polşa - 0:1

Qol: Kşiştof Pyontek, 47

22:45. Latviya – İsrail - 0:3

Qollar: Eran Zahavi, 10; 60; 81

Xal durumu: Polşa - 9, İsrail - 7, Makedoniya - 4, Avstriya - 3, Sloveniya - 2, Latviya - 0.

Son xəbərlər

Orphus sistemi