AVRO-2020: Uels - Türkiyə oyununun hakimləri açıqlandı

AVRO-2020: Uels - Türkiyə oyununun hakimləri açıqlandı Bakı Olimpiya Stadionunda keçiriləcək A Qrupunun Uels - Türkiyə oyununun təyinatları açıqlanıb
Futbol
14 İyun , 2021 12:11
AVRO-2020: Uels - Türkiyə oyununun hakimləri açıqlandı

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels - Türkiyə oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Artur Diaşa Rui Taveres və Paulu Soareş köməklik göstərəcək. 4-cü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə portuqaliyalı Joau Pineyrodur.

Qeyd edək ki, iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi